Ermənistanın keçmiş prezidenti Serj Sərkisyan İtaliyadan Ermənistana qayıdıb.
7news.Az Axar.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı "Joxovurd” qəzeti yayıb. Qəzet Sərkisyanın İrəvandan birbaşa Azərbaycanın işğal altından olan Xankəndi şəhərinə gəldiyini bildirib. Onun artıq 3 gündür Xankəndində olduğu vurğulanıb.
Sərkisyanın mətbuat xidməti isə onun İtaliyadan Ermənistana bir həftə əvvəl qayıtdığını bildirib.

7news.Az








