Bu gün səhər saatlarında Abşeron rayonunun Novxanı qəsəbəsi ərazisində dəhşətli avtobus qəzası baş verib.
"20 Yanvar-Novxanı" marşrutu üzrə hərəkət edən 35 saylı xətdə hərəkət edən sərnişin avtobusu Novxanı qəsəbəsi istiqamətində idarəetmədən çıxıb.
Hadisə yerinə təcili-tibbi yardım maşınları və yol polisi cəlb edilib. Qəza nəticəsində xəsarət alanların olduğu bildirilir./trend
7news.az








