Tanzaniyada sərnişin avtobusunun gölə düşməsi nəticəsində 12 nəfər həlak olub.
Bu barədə "RİA Novosti" agentliyi məlumat yayıb.
Məlumata əsasən, insident ölkənin şimalında qeydə alınıb. Qəza zamanı mikroavtobusu Viktoriya gölünə düşüb. Nəticədə 12 nəfər ölüb.
Sərnişinlərdən üçü hadisə şahidləri tərəfindən xilas edilib.
Faktla bağlı araşdırma aparılır./qafqazinfo
7news.Az








