RU
Sərnişin avtobusu QƏZAYA UĞRADI: 10-dan çox yaralı var - FOTOLAR
12:36
754

Sərnişin avtobusu QƏZAYA UĞRADI: 10-dan çox yaralı var - FOTOLAR

Qusar rayonunda sərnişin avtobusu qəzaya düşüb.

Hadisə rayonun Yuxarı Ləyər kəndi ərazisində qeydə alınıb. 
Belə ki, "Hyundai" markalı sərnişin avtobusu Mühəndis Qiyasovun "Toyota-Pikap" markalı avtomobillə toqquşub. 
Nəticədə avtobusda olan sərnişinlər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılardan üç nəfər - "Toyota-Pikap"ın sürücüsü M.Qiyasov, avtobusda olan sərnişinlər - rayonun Hil kənd sakini, 1978-ci il təvəllüdlü  Ruhiyyə Hüseynbala qızı Əlizadə və 1962-ci il təvəllüdlü Həlimə Müzəffər qızı Fərzəliyeva Qusar Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdiriliblər. Avtobusda olan digər 10 nəfərədək yaralı isə Qusar rayonunda fəaliyyət göstərən özəl klinikalardan birinə yerləşdirilib.
Qəzaya səbəb yolun buzlu olması ehtimal edilir.
Qeyd edək ki, "Hyundai" markalı avtobus və "Toyota-Pikap" markalı avtomobil Şahdağ Turizm-İstirahət Kompleksinə məxsusdur və səhər saatlarında işçiləri kompleksə apararkən qəzaya düşüb. "Toyota-Pikap"ın sürücüsü isə kompleksin rəsmi şəxslərindən biri olub.
Faktla bağlı Qusar Rayon Polis Şöbəsində (RPŞ) araşdırmalara başlanılıb. //report

7News.az



BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ