RU
Sərnişin avtobusunda qadına qarşı əxlaqsızlıq təhlükəsizlik kamerasına düşdü
17:50
658

Sərnişin avtobusunda qadına qarşı əxlaqsızlıq təhlükəsizlik kamerasına düşdü

İtalyanın Torino şəhərində avtobusda bir qadına təcavüz etməyə çalışdığı deyilən şəxs qadına qarşı fiziki təmasda olmadığı üçün barəsində "sərbəst qalma" qərarı verilib.

Keçən ilin oktyabr ayında yaşanan hadisədə Torinoda şəhərində bir avtobusda oturan qadının yanında ayaq üstə dayanan 27 yaşlı şəxs masturbasiya (Öz intim ehtiyacını özünün ödəməsi) etdikdən sonra avtobusdan enib. Qadın onun bu hərəkətindən şübhəlinin avtobusdan enməsindən sonra üzərindəki mayeni fərq etməsiylə xəbər tutub.

Qadının şikayətçi olmasından sonra izlənilən kamera qeydləriylə təqsirləndirilən adamın əxlaqsız hərəkəti təsdiqini tapıb. Ancaq məhkəmə bunun "əxlaqa zidd hərəkət" olaraq qiymətləndirməsi barədə hökm çıxarıb və vəkillərin "cinsi hücum" ittihamı ilə bağlı həbs tələbini rədd edib.

Keçən həftə açıqlanan məhkəmə qərarında bu ifadələr yer alıb:

 

"Şikayətçi qadının ifadəsində onun bu hərəkətinin qadının bədəniylə təmas halında edildiyini göstərən heç bir sübut yoxdur. Bu səbəblə bu hərəkəti cinsi hücum kimi qiymətləndirmək çətindir. Ancaq əxlaqa zidd bir hərəkət olduğu deyilə bilər".

Məhkəmənin qərarı barədə apelyasiya şikayəti veriləcək./milli

 

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ