RU
Sərnişin marşurutu
17:59
111

Sərnişin marşurutu "VAZ" la toqquşdu-yaralılar var

 

Göygöl rayonunda sərnişin daşıyan marşurut "VAZ 21-07" markalı avtomobillə toqquşub. 7NEWS.az-ın bölgə müxbirinin verdiyi məlumata əsasən hadisə rayonun Üç Təpə kəndində baş verib. İlkin məlumata görə, qəza nəticəsində avtomaşında sərnişin olmayıb, sadəcə sürücülər 15 saylı marşurutun sürücüsü Gəncə şəhər sakini 1970-ci il təvəllüdlü Məmmədov Elçin Valeh oğlu və "VAZ 2107" markalı avtomobilin sürücüsü xəsarət alıb.Yaralılardan biri Gəncə şəhərinə digər isə Göygöl rayonuna aparılıb.Qəza yerinə hüquq mühafizə orqanı əməkdaşları cəlb olunub,qəzanın təfərrüatları dəqiqləşdirilir.




 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ