RU
Sərnişin təyyarəsi Amsterdam aeroportunda sərt eniş edib – VİDEO
01:00
396

Sərnişin təyyarəsi Amsterdam aeroportunda sərt eniş edib – VİDEO

Britaniyanın "FlyBe” şirkətinin təyyarəsi cümə axşamı, fevralın 23-də, Amsterdamın "Sxipxol” hava limanında sərt eniş zamanı şassilərini zədələyib.

7news.Az-ın xəbərinə görə, bu barədə Reuters nəşri məlumat yayıb.

Aeroportun administrasiyasının məlumatına əsasən, insident zamanı xəsarət alan olmayıb. Göyərtədə olan 59 sərnişinin hamısını avtobusla terminala çatdırıblar.

Hadisənin səbəbləri araşdırılır. 

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ