Avstraliyadan uçan AirAsia hava şirkətinə aid təyyarə ölkələri səhv salıb.
7News.Az xarici KİV-ə istinadən xəbər verir ki, Avstraliyanın Sidney şəhərindən Melburn şəhərinə uçmağı planlaşdıran təyyarə yanlışlıqla Malayziyanın Kuala-Lumpur şəhərinə enib.
İnsident ötən ilin martın 10-da baş versə də, Avstraliyanın Nəqliyyat Təhlükəsizliyi Bürosu bu barədə indi məlumat yayıb. Belə ki, təyyarə ekipaji naviqasiya sisteminin səhv işlədiyinin fərqinə varıb, lakin sistemi yeniləmək vəziyyəti daha da çətinləşdirə bilərdi. Ekipaj uçuşu dayandırmaq qərarı verir, lakin hava şəraiti ilə bağlı Sidneyə geri dönmək mümkün olmur. Bu səbəbdən təyyarə Malayziyada eniş etməli olur.








