“EgyptAir” şirkətinin məxsus “Airbus A320” sərnişin təyyarəsini qaçıran şəxs Misir vətəndaşlarına təyyarənin göyərtəsini tərk etməyə icazə verib.
Bu barədə 7News.Az `RİA Novosti`yə istinadən xəbər verir.
Misir rəhbərliyinin yaydığı məlumatda isə təyyarəni qaçıran şəxsin Larnaki aeroportunun rəsmiləri ilə danışıqlara başladığını bildirilib.
Təyyarəni qaçıran şəxsin Kipr rəhbərliyindən sığınacaq və tərcüməçi istəyib.
***
11:09
Larnaka aeroportu Kipr polisi tərəfindən boşaldılıb və mühasirəyə alınıb.
7News.Az xarici KİV-ə istinadən xəbər verir ki, "AirEgypt" aviaşirkətinin qaçırılan A320 təyyarəsinin göyərtəsində azı bir silahlı şəxs var.
"Associated Press" nəşri təyyarədə bomba ola biləcəyi ehtimalını irəli sürüb.
İlkin məlumata görə, təyyarəni qaçıran şəxs Misir əsilli qadın və uşaqlara hava gəmisini tərk etməyə icazə verməyə hazırlaşır.
***
10:36
Misirdə İsgəndəriyyədən Qahirəyə uçan təyyarə naməlum şəxslər tərəfindən qaçırılıb.
7News.Az “Reuters” - ə istinadən xəbər verir ki, “Egypt Air” aviaşirkətinə məxsus təyyarədə 81 nəfər olub.
Məlumatda təyyarənin göyərtəsində silahlı şəxsin ola biləcəyi bildirilir. Hazırda təyyarə Kiprin Larnaki hava limanında yerə enib.








