RU
Sərnişin təyyarəsi qəzaya düşdü - Göyərtəsində 4 nəfər olub
02:20
350

Sərnişin təyyarəsi qəzaya düşdü - Göyərtəsində 4 nəfər olub

Atlantik okeanı üzərində, Rio-de-Janeyro yaxınlığında sərnişin təyyarəsi qəzaya uğrayıb.

Təyyarənin göyərtəsində 4 nəfər olub.

Sərnişinlərdən biri Braziliya Federal Ali Məhkəməsinin üzvü Teori Zavaski olub. Bu informasiyanı onun oğlu Fransisko Zavaski Feysbuk hesabında təsdiqləyərək dostlarından atasının sağ qalması üçün dua etmələrini xahiş edib. 

Məlumata görə, təyyarə San-Paulodan havaya qalxıb və Paratidə eniş etməli imiş.

Qeyd olunur ki, hadisə yerində axtarışlar aparılır.

Sərnişinlərdən biri sağ tapılsa da, o, sonra ölüb. 

Daha iki nəfərin meyiti aşkarlanıb./qafqazinfo
 
7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ