RU
Şərti düşmən hədəfləri belə məhv edildi - VİDEO
13:40
149

Şərti düşmən hədəfləri belə məhv edildi - VİDEO

2022-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Quru Qoşunlarının raket və artilleriya bölmələrində döyüş atışlı taktiki təlim keçirilir.

Müdafiə Nazirliyindən 7News.Az-a verilən məlumata görə, digər qoşun növləri ilə qarşılıqlı əlaqədə atəşi idarəetmə və komandir heyətinin çevik qərarqəbuletmə qabiliyyətinin, həmçinin şəxsi heyətin səhra vərdişlərinin və praktiki bacarıqlarının artırılması məqsədilə keçirilən təlimdə artilleriya bölmələri cəmləşmə rayonlarına çıxarılaraq təyin olunan yerlərdə atəş mövqelərini tutublar.

Bölmələr tərəfindən şərti düşmən hədəflərinin sərrast atəş zərbələri ilə məhv edilməsi üzrə qarşıya qoyulan tapşırıqlar müvəffəqiyyətlə yerinə yetirilir.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ