RU
Serxio Ramos Avropa futbolunun tarixinə düşdü
18:16
1386

Serxio Ramos Avropa futbolunun tarixinə düşdü

"Real"ın futbolçusu Serxio Ramos Avropa futbolunun tarixinə düşüb.

7News.az-ın məlumatına görə,  ispaniyalı futbolçu üç avrokubok finalında qol vuran ilk müdafiəçi olub. 

"Sevilya" ilə keçirilən superkubok görüşünün 93-cü dəqiqəsində hesabı bərabərləşdirən Ramos "Real"ı məğlubiyyətdən xilas etməklə yanaşı, həm də rekorda imza atıb.

30 yaşlı futbolçu 2014 və 2016-cı illərdə keçirilən Çempionlar Liqasının finallarında da qol vurub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ