Bakıda avtomobil 69 yaşlı kişini vurub.
7News.Az xəbər verir ki, hadisə Hövsan qəsəbəsində, Olimpiya Kompleksinin yaxınlığında baş verib.
Sahib adlı şəxs idarə etdiyi minik avtomobili ilə hərəkətdə olarkən sərxoş vəziyyətdə yolu keçmək istəyən piyada, 1950-ci il təvəllüdlü İsmayılov Ağalar Əlihüseyn oğlunu vurub.
Sürücü özü A.İsmaylovu təcili tibbi yardım briqadasına təhvil verib.
Hadisənin təfərrüatı araşdırılır.
7News.Az








