RU
Sərxoş azərbaycanlı təyyarədə çətin anlar yaşatdı - FOTO
14:00
348

Sərxoş azərbaycanlı təyyarədə çətin anlar yaşatdı - FOTO

Martın 11-də "Orenburq" hava limanında Moskvaya uçan reysdə insident yaşanıb.

7NEWS.AZ report-a istinadən xəbər verir ki, bu barədə Dövlət Dumasının Orenburq vilayətindən olan deputatı Yuri Mişeryakov öz "İnstagram" səhifəsində yazıb.

Vilayət mərkəzinin sabiq merinin sözlərinə görə, sərxoş Azərbaycan vətəndaşı təyyarə uçmağa hazırlaşarkən göyərtədə dava salıb.

"Polis və sərnişinlərin operativliyi sayəsində davakar şəxs təyyarədən endirilib. Uçuş təhlükəsiz şəraitdə davam edir", - deyə deputat bildirib.

İzləyicilərin dava salan şəxsin mənsub olduğu ölkənin adının niyə qeyd olunmasına dair sualları cavabsız qalıb.
Sərxoş azərbaycanlı təyyarədə çətin anlar yaşatdı - FOTO7NEWS.AZ
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ