Qazaxıstan Respublikası Parlamenti Məclisinin deputatı Muxtar Tinikeyevlə bağlı şok görüntülər yayılıb.
7News.az xəbər verir ki, görüntülərdə Muxtar Tinikeyevin Karakanda şəhəri məclisinin deputatı Nikolay Polevoqoya oxşar insanı döydüyü yer alıb.
Kadrların nə vaxt və harada çəkildiyi məlum deyil.
Çəkiliş qonaqlıq zamanı aparılıb. Qonaqlığın iştirakçılarının səslərindən aydın olur ki, onlar sərxoş olublar. Kadrlardan görünür ki, "Nurotan” Partiyasının üzvü olan Muxtar Tinikeyev Karakanda şəhər məclisinin deputatı Nikolay Polevoqoya oxşar insanın saçlarından tutaraq ona bir neçə şillə vurur. Şillələri "daxil olursan, ya yox” sualı müşayiət edir.
Qonaqlığın qalan iştirakçıları da "dialoq”da iştirak edir.
Sonrakı kadrlarda Nikolay Polevoqoya oxşar insan şəffaf maye ilə doldurulmuş qədəhlə görünür. "Muxtar Bakiroviç məni deputat etdi, o, məni yuxarı qaldırdı. Mən heç vaxt sənə xəyanət etmirdim, heç vaxt səni dəyişdirmirdim”, - o, deyib.
7News.az








