RU
Sərxoş kişi su kanalına düşərək boğulub - FOTO
17:40
411

Sərxoş kişi su kanalına düşərək boğulub - FOTO

Kürdəmir rayonunda sərxoş kişi su kanalına düşərək boğulub.

Hadisə rayonun Atakişili kəndində qeydə alınıb.

Belə ki, rayon sakini, 56 yaşlı Namət İlqar oğlu Kərimov ehtiyatsızlıq edərək kənd ərazisindən keçən su kanalına düşüb. Köməksiz vəziyyətdə qalan N.Kərimov orada ölüb.

Fövqəladə Hallar Nazirliyinin Qəza Xilasetmə dəstəsinin əməkdaşları tərəfindən onun meyiti sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

7News.Az

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ