RU
Sərxoş piyada yol qəzasının qurbanı oldu
12:30
432

Sərxoş piyada yol qəzasının qurbanı oldu

Binəqədi rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

7news.Az-ın məlumatına görə, "DSK" yolu ilə hərəkətdə olan və sürücü Abbasov Əli Əhəd oğlunun idarə etdiyi "10-GT-787" dövlət qeydiyyat nişanlı "Mercedes" markalı avtomobil qarşısına çıxan təxminən 40-45 yaşlı kişini vurub.

Qəzadan dərhal sonra sürücü yaralını xəstəxanaya aparıb. Lakin yaralı xəstəxanaya çatana kimi yolda keçinib. Araşdırmalar zamanı məlum olub ki, dünyasını dəyişən 1970-ci il təvəllüdlü Ağayev Firudin Əlisahib oğludur. 
Sürücünün verdiyi məlumata görə, piyada sərxoş olub və qaranlıq yolda onun qarşısına qəfil çıxıb.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən sürücü saxlanılaraq istintaqa cəlb olunub və cinayət məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanıb.
 
7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ