Saatlarla morqun soyuducusunda qalan şəxsin sağ olduğu ortaya çıxdı. Qalmaqallı hadisə Polşanın Kamenna Qura şəhərində baş verib.
25 yaşlı şəhər sakini dostları ilə birlikdə getdiyi əyləncə mərkəzində bir neçə qədəh içki içib. Daha sonra o huşunu itirərək yerə yıxılıb. Dostları dərhal gənci şəhər xəstəxanalarından birinə çatdırıblar. Müayinə aparan həkimlər həmin şəxsin öldüyünü deyərək morqun buzxanasına yerləşdiriblər. Amma saatlar sonra morqun işçiləri soyuducudan səs gəldiyini eşidiblər. Morqun qapısını açan işçilər gənc oğlanın sağ olduğunu görəndə gözlərinə inanmayıblar. İşçilərini gördüyündə üşüdüyünü deyən və onlardan yun ədyal istəyən gənc yenidən həkim nəzarətinə götürülüb. Hazırda onun vəziyyətinin yaxşı olduğu deyilir.
O ki qaldı diri şəxsi o dünyaya yola salmağa çalışan həkimlərə, onlarla bağlı ciddi şəkildə tədbir görüləcəyi deyilir.
7News.az








