RU
Sərxoş sürücü Bakının mərkəzində qəza törətdi
23:04
1213

Sərxoş sürücü Bakının mərkəzində qəza törətdi

Bakının Səbail rayonunun Parlament prospektində yol-nəqliyyat hadisəsi baş verib.

Yüksək sürətlə hərəkətdə olan “Honda” markalı avtomobil idarəetməni itirərək dairəyə çırpılıb.

Zərbənin gücündən avtomobil dairəni aşaraq digər iki avtomobilə çırpılıb. Məlum olub ki, “Honda” markallı avtomobilinin Daşqın adlı sürücüsü sərxoşdur. O, əlində spirtli içki ilə avtomobilindən düşərək sərxoş olmadığını deyib. Sürücü xəstəxanaya aparılıb.

Şahidlərin verdiyi məlumata görə, son anda piyada səkisində olan xarici qonaqlar da polislərin köməyi ilə ərazidən çıxarılıb. Əks təqdirdə isə qəzanın ölümlə nəticələnəcəyi qaçılmaz imiş./anspress

7news.Az

Sərxoş sürücü Bakının mərkəzində qəza törətdi - Foto
Sərxoş sürücü Bakının mərkəzində qəza törətdi - Foto
Sərxoş sürücü Bakının mərkəzində qəza törətdi - Foto

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ