“Səs Azərbaycan” layihəsinin münsiflərinin kimliyi məlum olub.
Xalq artistləri Mübariz Tağıyev, Faiq Ağayev, əməkdar artistlər Manana Caparidze, Tünzalə Ağayeva AZTV-nin efirində “Görmədən dinləmələr” turu zamanı öz komandalarını formalaşdıracaq.
Bundan sonra münsiflər iştirakçıları finalla yanaşı, komandadaxili rəqabətə də hazırlayacaqlar.
Müsabiqənin növbəti turunda iştirakçılar bir-biri ilə yarışacaq. Yekunda hər münsifin bir iştirakçısı qalacaq və onlar superfinalda üz-üzə gələcəklər.
Bu 4 ifaçıdan isə yalnız biri “Ölkənin ən yaxşı səsi” titulunu qazanacaq və müsabiqənin əsas mükafatının sahibi olacaq.
AZTV-də yayımlanacaq “Səs Azərbaycan” yarışmasının ilk buraxılışı oktyabr ayın ikinci yarısına planlaşdırılıb./axsam
7news.az








