RU
Səs-küydən narahat olan kişi qonşusunun həyətinə qumbara atdı: Yaralananlar var - FOTO/VİDEO
14:30
294

Səs-küydən narahat olan kişi qonşusunun həyətinə qumbara atdı: Yaralananlar var - FOTO/VİDEO

Kişi onu narahat edən səs-küyə görə, ad günü qeyd edən bir qrup şəxsə qumbara atıb. 

TASS-ın məlumatına görə, hadisə Rusiyanın Stavropol diyarında baş verib.

"Qonşuların səs-küylü davranışından narazı qalan yerli sakin hasardan onlara tərəf qumbara atıb”, - deyə məlumatda bildirilib.

Şübhəlinin sərxoş vəziyyətdə olduğu vurğulanıb.

Ümumilikdə, 15 nəfərin xəsarət aldığı bildirilir. Onlardan üçü ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. 

Hadisəni törədən şəxs saxlanılıb. Ona qarşı cinayət işi açılıb. 

 


BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ