60 saylı Salyan-Neftçala seçki dairəsindən deputatlığa namizəd, Beynəlxalq Diaspora Mərkəzinin sədri, Dünya Azərbaycanlıları Konqressinin Azərbaycan Nümayəndəliyinin rəhbəri İsmayıl Ağayev seçicilərlə görüşlərini davam etdirir. Deputatlığa namizəd Salyanın Qarabağlı, Parçaxalac, Pambıq, Kürsəngi və Xalac kəndlərində seçicilərlə görüşüb.
Görüşlərdə iştirak edən deputatlığa namizədin vəkilləri şair, AYB-nin üzvü Ənvər Əhməd, BDM sədrinin birinci müavini Samir Adıgözəlli, Beynəlxalq Diaspor Mərkəzinin Rusiya nümayəndəliyinin rəhbəri, akademik Natiq Bədəlov, 20 Yanvar əlili Arif Məhərrəmov, pedaqoq Gülayə Tağıyeva, iş adamı Azər Ağayev, Qarabağ qazisi Səfər Qurbanov, İsgəndər Cəfərov çıxış edərək deputatlığa namizədin platforması haqqında, onun keçdiyi həyat yolu və ictimai-siyasi fəaliyyəti ilə bağlı seçicilərə məlumat veriblər./yenicag
7news.az








