Tehrandan Səudiyyə Ərəbistanının ünvanına olduqca sərt ittihamlar səslənib.
Bu gün İranın bütün ölkələrdəki səfirləri eyni vaxtda demək olar ki, eyni bəyanatla çıxış ediblər. İddia olunur ki, şeytana daşatma mərasimində ölənlər 700 nəfər deyil, 4700 zəvvardır. Yəni 4 min nəfər çox. Bundan başqa 228 iranlı zəvvar ölüb, 247 zəvvar isə itkin düşüb. Bu da Səudiyyə Ərəbistanından gələn xəbərdən tamam fərqli rəqəmdir. Və ən əsası: Tehran ziyarətdə ölən vətəndaşlarının nəşinin ölkəyə gətirilərək dəfn olunması tələbini irəli sürüb.
Səudiyyə Ərəbistanın ölkəmizdəki səfiri Müsaid Bin İbrahim Əs-Selyim isə İran tərəfinin ittihamlarının əsasız olduğunu bildirib./atv
7news.az








