RU
Səudiyyə Ərəbistanı: Bazarı neftlə boğmayacağıq
12:54
691

Səudiyyə Ərəbistanı: Bazarı neftlə boğmayacağıq

Səudiyyə Ərəbistanının Energetika naziri Xalid Al-Falih, dünyanın ən böyük neft ixracatçısının bazarı neftlə boğmayacağını bildirib.

Al-Falih, "Al-Arabiya” televiziyasına verdiyi müsahibədə Səudiyyə Ərəbistanının düşən qiymətlərə və yavaşlayan iqtisadiyyata baxmayaraq bir narahatlıq keçirmədiyini ifadə edib. 

Amma enerji naziri, ölkəsinin gündəlik 12,5 milyon barrel neft hasil edəcəyini dilə gətirib.

OPEK üzvləri neft qiymətlərini sabitləşdirmək üçün gələn ay Əlcəzairdə toplaşacaqlar.

Al-Falih, "Bazar, neft ehtiyatlarının normal səviyyənin üzərinə çıxması ilə doyma nöqtəsinə çatıb və yaxın zamanda hasilatı daha da artırmağa ehtiyac görmürük”,  - deyib./marja.az

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ