Beynəlxalq Amnistiya Təşkilatının məlumatına görə, Səudiyyə Ərəbistanı keçən il 196 məhbusla Çindən sonra ölüm hökmünün ən çox icra edildiyi ikinci ölkədir.
7NEWS.az xəbər verir ki, Səudiyyə Ərəbistanında məhkəmə sosial şəbəkədə fikirlərini bildirən daha bir şəxs barəsində ölüm hökmü çıxarıb. "Associated Press”, məhkəmənin əvvəllər "Twitter” kimi tanınan "YouTube”da fikirlərini paylaşan və adını X olaraq dəyişdirən Məhəmməd ibn Nasser əl-Həmdi adlı Səudiyyə vətəndaşını ölüm cəzasına məhkum etdiyini açıqlayıb. Həmçinin bu il Səudiyyə Ərəbistanından olan akademik Avad Əl-Qarni X və "WhatsApp”dan istifadə etdiyinə görə edam cəzasına məhkum edilmiş, doktorant Salma əl-Şahab isə bu cinayəti törətdiyinə görə 27 il həbs cəzası istənilmişdi.
7NEWS.az








