Səudiyyə Ərəbistanı bombardmanlar zamanı Yəməndə ölən dinc sakinlərə görə rəsmi Sənaya kompensasiya ödəməyə razılıq verib.
Bu barədə krallığın xarici işlər naziri Adil əl-Cübeyr məlumat verib. O bildirib ki, oktyabrın 8-də Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya qüvvələri Sənaya aviazərbələr endirib. Lakin yanlışlıq ucbatından qiyamçılar deyil, dinc insanlar hədəfə alınıb.
Cübeyr bombardmanların səhv koordinatlara görə yaşayış məntəqəsinə düşdüyünü də qeyd etməyi unutmayıb. Bununla belə, nazir koordinatların Yəmən tərəfindən verildiyini qeyd edib. Krallıq rəsmisi günahkarların cəzalandırılacağını bildirib. Kompensasiyanın məbləği və nə vaxt ödənilməsinə gəlincə, Cübeyr rəqəm və vaxt açıqlamayıb.
Qeyd edək ki, koalisiya qüvvəllərinin Husilərin düşərgəsi adı ilə endirdiyi aviazərbələr nəticəsində 140 dinc sakin həyatını itirib, 520 nəfər isə yaralanıb.
7News.az








