RU
Səudiyyə Ərəbistanı Fələstinə ilk səfirini təyin edib
10:34
28

Səudiyyə Ərəbistanı Fələstinə ilk səfirini təyin edib


7NEWS.az xəbər verir ki, Səudiyyə Ərəbistanı ilə İsrail arasında normallaşma danışıqları tərəflər arasında müzakirə olunmağa davam edərkən, Ər-Riyaddan tarixi bir addım atılıb. Səudiyyə Ərəbistanının İordaniyadakı səfiri Nayif əl-Sudairi Ər-Riyadın Fələstində ilk qeyri-rezident səfiri və Qüdsdəki ilk qeyri-rezident baş konsulu kimi Fələstinin diplomatiya üzrə katibinin müavini Məcdi əl-Xalidiyə etimadnaməsini təqdim edib. İsrail mediası Səudiyyənin vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın əmisi oğlu və kral sarayına yaxınlığı ilə tanınan Sudairinin etimadnaməsinin İsrail Xarici İşlər Nazirliyinə deyil, Fələstin rəhbərliyinə təqdim edilməsinin Ər-Riyadın tanıdığı anlamına gəldiyini yazıb. 

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ