Səudiyyə Ərəbistanının Argentinaya məğlubiyyətinin əks-sədası davam edir. Bu dəfə vəliəhd Məhəmməd ibn Salman qələbəyə görə oyunçulara bonus olaraq Rolls Royce Phantom veriləcəyini açıqladı.
Argentinanın 36 oyunluq məğlubiyyətsizlik seriyasını məhv edən Səudiyyə Ərəbistanı Milli Komandası lüks maşınlarla mükafatlandırılacaq.
7NEWS.az xəbər verir ki, xarici mətbuata əks olunan xəbərə görə; Vəliəhd şahzadə Məhəmməd bin Salman heyətdəki hər oyunçuya təxminən 500 min dollar dəyərində Rolls-Royce Phantom hədiyyə edəcək. Ümumilikdə 13 milyon dollara uyğun gələn bu hədiyyə 26 futbolçuya veriləcək.
7NEWS.az








