Səudiyyə Ərəbistanı silahlı qüvvələri bu gün Fars körfəzi, Hörmüz boğazı və Oman körfəzində genişmiqyaslı hərbi təlimlərə başlayıb.
"Körfəz Qalxanı-1" adlandırılan hərbi təlimlərdə Səudiyyə Ərəbistanı Şərq donanmasının xüsusi təyinatlılarına məxsus gəmi, kater və təyyarələr iştirak edib.
Donanma admiralı Məcid əl-Kaxtani təlimlərə rəhbərlik edir və onun bildirdiyinə görə, "Körfəz Qalxanı-1" Şərqi donanmanın Fars və Oman körfəzlərində həyata keçirdiyi ən genişmiqyaslı təlimlərdən sayılır./olke.az
7news.Az








