“Onlar pul kisəsinin ağzını daha çox açmalı olacaq”.
Dünyada ən böyük neft istehsalçısı Səudiyyə Ərəbistan neft bazarında amerikalı rəqiblərinə qarşı yeni mübarizəyə başlayıb.
Ərəblər ucuz şist nefti istehsalçısı olan amerikallara qarşı “dünyanı dar etmək” üçün ABŞ-a müharibə elan edib, bu barədə Forbes jurnalı yazıb.
Forbes yazıb ki, Səudiyyə Ərəbistanı bu məqsədlə indidən beynəlxalq valyuta ehtiyatlarının təxminən 100 milyard dollarını xərcləyib.
Xəbərdə qeyd edilib ki, Riyad rəhbərliyinin beynəlxalq bazardakı qiymət səviyyəsini dəstəkləmək məqsədilə istehsalı azaltmaması, Brent və Texas markalı neftin bir barelə görə qiymətlərinin 50 dollardan aşağı düşməsini təmin edib.
Forbes yazır ki, bununla belə, ərəblər neft savaşında ABŞ-a qalib gəlmək üçün pul kisəsinin ağzını daha çox açmalı olacaqlar./oxu.az
7news.az








