RU
Səudiyyə Ərəbistanı kralının sarayına silahlı hücum — Ölənlər və yaralılar var
10:00
423

Səudiyyə Ərəbistanı kralının sarayına silahlı hücum — Ölənlər və yaralılar var

Səudiyyə Ərəbistanı kralının Ciddə şəhərindəki sarayı silahlı hücuma məruz qalıb.

Bu barədə krallığın Xarici İşlər Nazirliyinin "Twitter” hesabında yazılıb. Qeyd edilib ki, Səudiyyə Ərəbistanı vətəndaşı olan 28 yaşlı şəxs sarayı odlu silahdan atəşə tutub. Hadisə nəticəsində sarayın qarşısındakı postda xidmət aparan iki mühafizəçi həlak olub, daha üç nəfər yaralanıb.
Dərhal cinayətkara cavab atəşi açılıb və onu öldürüblər. Onun maşınından "Kalaşnikov” avtomat və sursat aşkar olunub./olke.az
 
7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ