Səudiyyə Ərəbistanının müxtəlif strateji bölgələrində "dörd xüsusi iqtisadi zona”nın açıldığı açıqlanıb.
7NEWS.az xəbər verir ki, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd ibn Salman ölkənin strateji bölgələri olaraq Ər-Riyad, Cazan, Rəs əl-Hayr və Ciddə Kral Abdullah İqtisadi şəhərində "dörd xüsusi iqtisadi zona”nın açıldığını açıqlayıb. Ərəbistan rəsmi xəbər agentliyi SPA. .
Salman qeyd edib ki, xüsusi iqtisadi zonalar müstəsna investisiya təcrübəsi təqdim etmək və Səudiyyə Ərəbistanının Yaxın Şərq və Afrikaya qapısı, Şərq və Qərb bazarları arasında əlaqə kimi mövqeyini möhkəmləndirmək üçün investor mərkəzli inteqrasiya olunmuş logistika və sənaye platformaları yaradacaq.
7NEWS.az








