7NEWS.az xəbər verir ki, Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyinin sözçüsü Türki əl-Maliki verdiyi açıqlamada Səudiyyə Ərəbistanı Kral Hərbi Hava Qüvvələrinə məxsus F-15SA qırıcısının Zəhran şəhərindəki Kral Əbdüləziz Hərbi Hava Bazasında təlim missiyası zamanı qəzaya uğradığını bildirib. Sözçüsü Maliki bildirib ki, dünən baş verən qəza nəticəsində təyyarədəki 2 ekipaj üzvü həyatını itirib.
7NEWS.az








