Səudiyyə rəsmiləri Ər-Riyad bölgəsində 3 milyondan çox narkotik həb ələ keçirildiyini açıqlayıb.
7NEWS.az xəbər verir ki, Səudiyyə Ərəbistanında Narkotiklərlə Mübarizə Baş İdarəsinin sözçüsü mayor Mərvan Əl Hazmi, Krallığın və gənclərin təhlükəsizliyini hədəf alan narkotik ticarəti və paylama şəbəkələrinə qarşı keçirilən əməliyyat nəticəsində 3,426 min metamfetamin həbinin ələ keçirildiyini açıqlayıb. Əl-Həzmi həblərin Ər-Riyad bölgəsində bir yük daşımasında tapıldığını izah edib. Əməliyyatlar çərçivəsində biri Suriya, 3-ü Yəmən vətəndaşı olmaqla 4 nəfərin həbs edildiyini açıqlayan Əl-Həzmi, müttəhimlərin məhkəmə prosesinin başlanması üçün Baş Prokurorluğa sövq edildiyini bildirib.
7NEWS.az








