Səudiyyə Ərəbistanında keçirilən dəvə gözəllik yarışmalarında dəvələrin dodaqlarına, burunlarına, çənələrinə və başlarının digər hissələrinə botoks iynəsi vurulduğu və onlara hormon, kollagen kimi maddələrlə müdaxilə edildiyi üzə çıxıb. Bu qalmaqal heyvan hüquqları müdafiəçiləri tərəfindən qəddarlıq kimi qiymətləndirilib.
7NEWS.az xəbər verir ki, Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadın şimal-şərqində səhrada keçirilən Kral Əbdüləziz Dəvə Festivalı 40 gün davam edən və 66 milyon dollarlıq mükafat fondu ilə diqqət çəkən bir hadisədir. Festivalın ən çox sevilən hissəsi olan dəvə gözəllik yarışmasında dəvələrin uzun və asılmış dodaqları, iri burunları və formalı donqarları olması gözlənilir. Lakin bəzi iştirakçılar bu kriteriyalara cavab vermək üçün qeyri-qanuni olaraq dəvələrində kosmetik prosedurlar həyata keçiriblər.
7NEWS.az








