Qətərdə keçirilən 2022 FIFA Dünya Çempionatında Argentinaya 2:1 hesabı ilə qalib gələn Səudiyyə Ərəbistanı tətil elan edib.
7NEWS.az xəbər verir ki, FIFA 2022 Qətər Dünya Kubokunda Səudiyyə Ərəbistanı Argentinaya qarşı oyunda Salem Əl-Şəhri və Salem Əl Dawsarinin qolları ilə 2:1 hesabı ilə qalib gəlib. Bundan sonra Səudiyyə Ərəbistanında bütün dövlət və özəl sektor işçiləri və bütün tələbələr üçün sabah rəsmi tətil elan edilib.
Kral Salman ibn Əbdüləziz Əl Səud Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd ibn Salmanın milli komandanın qələbəsini qeyd etmək üçün etdiyi rəsmi tətil təklifinin bütün dövlət və özəl qurumlar tərəfindən bəyənildiyini bildirib.
7NEWS.az








