RU
Səudiyyə Ərəbistanında kişi intiqam məqsədi ilə yeni doğulmuş qızına işgəncə verib-VİDEO+FOTOLAR
12:57
326

Səudiyyə Ərəbistanında kişi intiqam məqsədi ilə yeni doğulmuş qızına işgəncə verib-VİDEO+FOTOLAR

Səudiyyə Ərəbistanında bir kişi yeni doğulmuş qızının döyülmüş, yumruqlanmış və boğulmuş video və şəkillərini intiqam məqsədi ilə boşandığı həyat yoldaşına göndərib. 
Onlar bir neçə il öncə məişət zorakılığına görə boşanıb. 

Nəriman Kallasın sözlərinə görə, həyat yoldaşı onu, yeni doğulmuş qızını və digər üç yaşlı uşağını döyürmüş. Kallas boşanmaq üçün müraciət etdikdə isə, Harak kiçik qızını qəyyumluğunda saxlamaq şərti ilə boşanmanı qəbul edib. 

"O, məndən ona geri qayıtmağımı istədi, amma mən etiraz etdim. Beləliklə, o mənə qızıma işgəncə verdiyi video və şəkillər göndərməyə başladı. O mənə ya geri qayıt, ya da onu öldürəcəm dedi”, - Kallas deyib.  

Nəriman Kallas Haraka qalib gəlmək üçün onun göndərdiyi videoları sosial şəbəkədə paylaşaraq özünə tərəfdaşlar toplayıb. Video sürətlə "Youtube”da yayılmağa başladı, bundan sonra sosial qurumun nümayəndələri uşağı xilas etdi. Uşağın xilas edilməsindən sonra çəkilən video sosial şəbəkədə paylaşılıb. 

7News.az

 
 
 
 


BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ