Qərarda bildirilir ki, bu cür əyləncələrdə İslam dinində qadağan edilmiş elementlər var.
Səudiyyə Ərəbistanının Üləmalar Şurası pokemonlar oyununun İslam dininə zidd və günah olması barədə fətva verib.
7news.Az-ın məlumatına görə, bu barədə Reuters nəşri yerli KİV-lərə istinadən yazır.
Şuranın qərarına əsasən, bu cür əyləncələrdə İslam dinində qadağan edilmiş elementlər var: çoxallahlıq və mərc oyunları. Şura həmçinin hesab edir ki, pokemonların mutasiyası İslamda günah sayılan təkamül nəzəriyyəsinə istinadlar ehtiva edir.
Bunula belə, fətvada məhz Pokemon GO oyunun adı qeyd olunmur.
7news.Az








