Səudiyyə Ərəbistanında polis 14 yaşlı gənci Cədda şəhərindəki avtomobil keçidində 1990-cı illin hiti olan "Makareno”nun musiqisi altında rəqs etdiyi üçün saxlayıb.
Gəncin saxlanılmasına səbəb kimi "onun ictimai yerdə ədəbsiz hərəkət etməsi” və nəqliyyatın işinə maneə yaratması göstərilir. Yeniyetmənin adı və milliyyəti açıqlanmır.
Bir müddət sonra yeniyetmə və onun qəyyumu xəbərdarlıq alaraq buraxılıb.
"Makarena” mahnısı Səudiyyə Ərəbistanında rəsmi qadağan olunub. Çünki yerli hakimiyyət hesab edir ki, o, narkotikdən istifadəni təbliğ edir./oxu
7news.Az








