Səudiyyə Ərəbistanında son sutka ərzində rekord sayda koronavirusa yooluxma halı qeydə alınıb, yoluxanların sayı dörd minə yaxınlaşıb.
7News.Az RİA Novosti-yə istinadla xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı Səhiyyə Nazirliyi Tvitter-də məlumat yayıb.
"Son sutkada aşkar olunan koronavirusa yoluxmaların sayı 3943 olub, ümumilikdə yoluxma hadisələrin ümumi sayı 186 436-ya çatıb. Pandemiya dövründə ölənlərin sayı 1599 olub. Gün ərzində 2363 nəfər sağalıb, pandemiya dövründə sağalmış insanların ümumi sayı 128 mini ötüb", - deyə məlumatda bildirilir.
Səudiyyə Ərəbistanı hələ də koronavirusa yoluxma hallarının sayına görə ərəb dünyasında ilk sıradadır.
7News.Az








