Səudiyyə Ərəbistanı Şərq əyalətində və Rub'ul Khali kimi tanınan bölgədə yeddi yeni neft və qaz yatağı kəşf edib.
7NEWS.az xəbər verir ki, Səudiyyə Ərəbistanının energetika naziri Əbdüləziz bin Salmanın məsələ ilə bağlı bəyanatı ölkənin rəsmi agentliyi SPA-da dərc olunub. Bin Salman Səudiyyə Ərəbistanının milli neft şirkəti Saudi Aramco-nun Şərqiyyə bölgəsində iki qeyri-ənənəvi neft yatağı, bir ərəb yüngül neft yatağı, iki təbii qaz yatağı və Rub əl-Xalidə iki təbii qaz yatağı tapdığını bildirib.
7NEWS.az








