RU
Səudiyyə Ərəbistanında yeni neft və təbii qaz yataqları tapılıb
16:00
28

Səudiyyə Ərəbistanında yeni neft və təbii qaz yataqları tapılıb


7NEWS.az xəbər verir ki, Səudiyyə Ərəbistanının energetika naziri Əbdüləziz bin Salmanın məsələ ilə bağlı bəyanatı ölkənin rəsmi agentliyi SPA-da dərc olunub. Bin Salman Səudiyyə Ərəbistanının milli neft şirkəti Saudi Aramco-nun Şərqiyyə bölgəsində iki qeyri-ənənəvi neft yatağı, bir ərəb yüngül neft yatağı, iki təbii qaz yatağı və Rub əl-Xalidə iki təbii qaz yatağı tapdığını bildirib. Dünyanın ən böyük neft ixracatçısı olan Səudiyyə Ərəbistanı gündəlik təxminən 10 milyon barrel xam neft hasil edir və bunun təxminən 7 milyon barrelini ixrac edir.

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ