RU
Səudiyyə Ərəbistanının kralı Rusiyaya səfər edəcək
13:10
367

Səudiyyə Ərəbistanının kralı Rusiyaya səfər edəcək

Səudiyyə Ərəbistanının kralı Salman bin Əbdüləziz Əl-Saudun Rusiyaya səfəri tarixi hadisə olacaq. Bu barədə  krallığın xarici işlər naziri  Adel Əl-Cubeyr bildirib.

7news.Az-ın "RİA Novosti"-yə istinadla verdiyi xəbərə görə, səfərin dəqiq tarixi məlum deyil. Səudiyyə Ərəbistanının xarici işlər nazirinin sözlərinə görə, "onu ev sahibi müəyyənləşdirir".

Krallığın xarici işlər naziri qeyd edib ki, rəsmi Moskva və ər-Riyad  İŞİD və əl-Qaidə terror təşkilatlarına qarşı sıx mübarizə aparırlar. Bundan əlavə, ölkələr Yəmən və Fələstin problemlərini həll etmək üçün yanaşmalarının bir olmasına  maraqlıdırlar.", - əl-Cubeyr əlavə edib.

Rusiya prezidentinin  mətbuat katibi Dmitri Peskov səfərin  hazırlıqları barədə məlumatları təsdiqlədi.

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ