Səudiyyə Ərəbistanın Qırmızı Dəniz sahilindəki "SAMREF” neft emalı zavodu dron hücumuna məruz qalıb.
Bu barədə Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirlik zərbə nəticəsində dəyən zərərin qiymətləndirildiyini bildirib.
Qeyd edilib ki, bu hücum Küveytdə iki neft emalı zavoduna dronlarla edilən hücumlardan sonra baş verib.
İranın Qətər və Birləşmiş Ərəb Əmirliklərində təbii qaz obyektlərinə gecə saatlarında endirdiyi zərbələr və bu hücum dünya bazarında qiymətlərin artmasına səbəb olub.
İran tərəfi bildirib ki, bu hücumlar İsrailin ötən gün Cənub Pars qaz yatağına endirdiyi zərbələrə cavab olaraq endirilib.








