Səudiyyə Ərəbistanının kralı Salman Ben Abdel Aziz Qatarda rəsmi səfərdə olub.
7News.Az xarici İslam saytlarına istinadla xəbər verir ki, SƏ-nin dövlət televiziyasının səfər barədə yayımladığı reportajda maraqlı kadrlar üzə çıxıb. Doha aeroportunda möhtərəm qonağı Qatarın əmiri Tamim ben Hamad əl-Tani qarşılayıb. Təntənəi qarşılanma mərasimində iki Müqəddəs məkanın Xidmətçisi (SƏ kralının vəzifəsi rəsmən belə adlanır. Müqəddəs məkanlar kimi isə Məkkə və Mədinə nəzərdə tutulur.-S.L.) Qatarın ənənəvi ritmik rəqsini ifa edib.








