"Saudi Cable” Türkiyədəki sərmayələrindən çıxmaq qərarına gəlib.
7NEWS.az xəbər verir ki, şirkətdən verilən açıqlamada bildirilib ki, "Saudi Cable”ın İdarə Heyəti Türkiyədəki sərmayələrindən satış yolu ilə və ya "Türkiyə qanunlarının icazə verdiyi başqa bir yolla” çıxmağa qərar verib. Bloomberg şirkətin açıqlamasına əsaslanaraq bildirir ki, aktivlər son illərdə istənilən gəliri təmin edə bilməyib və itki verməkdə davam edib. Açıqlamada maliyyə təsirinin çıxış tamamlandıqdan sonra baş verəcəyi bildirilib.
7NEWS.az








