RU
Səudiyyə vətəndaşlarına bu ölkələrə getməyə icazə verilmir - SİYAHI
10:49
416

Səudiyyə vətəndaşlarına bu ölkələrə getməyə icazə verilmir - SİYAHI

Səudiyyə Ərəbistanının xarici pasportların verilməsi üzrə idarəsi krallıq vətəndaşlarına 6 ölkəyə getməklə bağlı qadağa qoyub.

İdarə İran, İraq, Yəmən, Suriya, İsrail, Fələstin əraziləri, eləcə də Taylanda səfər edən vətəndaşların böyük həcmdə cərimə olunacaqları barədə xəbərdarlıq edib.

Eləcə də krallıq vətəndaşlarının həmin sadalanan ölkələrə səyahət etdikləri təqdirdə 3 il müddətinə ökədən, ümumiyyətlə, kənara çıxmalarına qadağa qoyulacaq.

Cərimənin məbləğinə gəlincə, 10 min Səudiyyə lirəsi (təxminən 3 min dollar) həcmində müəyyən edilib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanının şərqində çox sayda şiələr məskunlaşıb ki, onların da İranda doğmaları-qohumları yaşayırlar. Bu səbəbdən onların İrana səfər etmələri qaçılmazdır.

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ