Cənubi Koreyada 9 mərtəbəli oteldə baş verən yanğında 7 nəfər ölüb. Yanğının elektrik naqilində yaranan nasazlığın səbəb olduğu təxmin edilir.
7NEWS.az xəbər verir ki, Seulun qərbində, Bucheon şəhərində 9 mərtəbəli otelin 8-ci mərtəbəsində yanğın baş verib. Oteldə yanğınsöndürən çiləyicilərin olmaması səbəbindən yanğın sürətlə böyüyüb. Tüstü sürətlə digər mərtəbələrə keçərkən yanğına yanğınsöndürənlər müdaxilə edib. Yanğında 5 nəfərin tüstüdən boğularaq öldüyü, 2 nəfərin isə səkkizinci mərtəbədən atılaraq öldüyü açıqlanıb.
7NEWS.az








