RU
Şevçenko:
19:02
970

Şevçenko: "Çelsi"yə baş məşqçi kimi qayıdacam"

Ukrayna millisinin sabiq futbolçusu Andrey Şevçenko maraqlı fikirləri ilə diqqət çəkib.

7News.az-ın məlumatına görə, ölkəsinin mətbuatına danışan Şevçenko gələcəkdə sabiq klubu "Çelsi"nin baş məşqçisi olmaq istədiyini bildirib:

"Çelsi"də yaxşı xatirələrim olub. Orada oynamaq mənə çox xoş idi. "Çelsi" böyük klubdur və bu komandanın azarkeşlərini çox sevdim. Onlar hər zaman mənə yaxşı davrandılar və dəstəklədilər. Bir gün "Çelsi"yə baş məşqçi kimi qayıtmaq istəyirəm".

Qeyd edək ki, 39 yaşlı Şevçenko 2006-2009-cu illərdə "Çelsi"nin şərəfini qoruyub.

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ