RU
Şevçenko Ukrayna millisinin baş məşqçisi oldu
18:24
962

Şevçenko Ukrayna millisinin baş məşqçisi oldu

Ukrayna millisinin yeni baş məşqçisi müəyyənləşib.

7News.az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, baş məşqçi vəzifəsinə Ukrayna millisinin canlı əfsanəsi Andrey Şevçenko gətirilib.

Ukrayna Futbol Federasiyasının İcraiyyə Komitəsinin üzvləri yekdilliklə Andrey Şevçenkonun namizədliyini dəstəkləyiblər. 39 yaşlı mütəxəssislə 2+2 sistemi üzrə müqavilə imzalanıb. 

O, bu vəzifədə Yuri Fomenkonu əvəzləyib. Artıq Şevçenkonun köməkçiləri də müəyyənləşib. Ona Ukrayna yığmasında italiyalı Mauro Tassotti, Andrea Maldera və ispaniyalı Raul Rianço köməklik edəcək.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ